20 May 2018 19:32
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Tarkan doğulacaq uşağı barədə qərar verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 5 illik sevgilisi Pinar Təvətoğlu ilə evlənən 45 yaşlı Tarkan ata olmaq üçün günləri sayır.

Pinar Təvətoğlu uşağını Almaniyada təbii doğum yolu ilə dünyaya gətirməyi planlaşdırır. Cütlük doğulacaq qızlarına bir il müddətinə dayə tutmamaq qərarını veriblər. O, sadəcə ev işlərinə köməkçi olacaq.

Cinsiyyəti bilinsə də, ona hansı ad qoyulacağı haqda informasiya verilmirdi. Qeyd edək ki, pop ulduz qızına Lidya adını qoymaq qərarına gəlib.


Müəllif: İlhamə Əbülfət