22 May 2018 11:10
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Təranə Qumralla Nazənin arasında qalmaqal yenidən alovlanıb.

Teleqraf.com-un məlumatına görə, Təranə bir müddət əvvəl məhkəmədə Nazəninə uduzub. Uduzmasına baxmayaraq sənətçi məhkəmə qərarını icra etməyib.

Buna görə də məhkəmə qərarının yerinə yetirilməməsindən şikayətlə bağlı işə baxılması Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. Təranə Qumral yenidən məhkəməyə gətirilərək hakim qarşısına çıxarılacaq. Hazırlıq iclası mayın 29-a təyin olunub.

T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə görə T.Qumral 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Zərərçəkənlər müğənni Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdur.

Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.

Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.


Müəllif: Mənbə/Axşam.az