24 May 2018 15:00
2 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afaq Aslan övladlığa uşaq götürmək niyyətindədir.

Bu barədə Teleqraf.com-a ifaçının özü məlumat verib.

O bildirib ki, artıq bunun üçün müvafiq addımlar atıb:

“Təbiətcə çox kövrək, rəhmli insanam. Hər zaman efirdə ata-ana qayğısından kənar övlad görəndə ürək ağrısı keçirirəm. Onlara baxanda içimdə bir arzu oyanır ki, kimsəsiz bir uşağı övladlığa götürüm.

Valideyn qayğısından kənar qalmış bir körpəni cəmiyyətə yararlı bir şəxsiyyət kimi böyütmək istəyirəm. Bu, hələ ki arzu alaraq qalır. Amma müəyyən qurumlara müraciət etmişəm. Özü də istəyərdim ki, övladım qara dərili qız uşağı olsun. Çünki qız uşaqlarını daha çox istəyirəm. Onlar valideynlərinə daha vəfalı olurlar”.


Müəllif: Mənsur Rəğbətoğlu