13 Avqust 2014 12:36
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər cazibədar bədən quruluşunu nümayiş etdirə bilməyəcəksənsə, o zaman pəhriz saxlamağın, günlərlə idman zalından çıxmamağın nə əhəmiyyəti var ki?

Dünya ulduzları da eyni ilə bu cür düşündüyü üçün heç nəyi gizlətmədən cəsarətlə podiuma çıxırlar. Bu cür qadınlardan ehtiyatlı olmaq lazımdır, onlar hər an istədikləri yerdə öz bədəninin gözəlliyini nümayiş etdirməyə hazırdır.

Artıq bir neçə mövsümdür ki, şəffaf geyimlər dəbdə öz hakimiyyətini qurmağa başlayıb. Mütəxəssislər hesab edir ki, bu cür geyimləri düzgün uyğunlaşdırmaqla, hətta ofisdə də geyinmək olar.

Açıq paltarı ilə ən son Rihanna böyük səs-küy qaldırmışdı. Onun şəffaf geyimində bağlı yer demək olar ki, yox idi. Dəb tənqidçilərinin bəziləri qırmızı xalıya bu halda çıxmağı etik hesab etmirlər.

Ulyana Serqeenko isə qara tülün altından ət rəngi bodi geyinib. Uğurlu ideyadır, sadəcə bodinin üstündəki güllər görüntünü pozur.

Tabloid.az dünya ulduzlarının maksimum açıq geyimlərini bir yerə toplayıb.


Müəllif: