14 Avqust 2014 23:55

Xalq artistinin qızı Səidə Dadaşovaya vurulan ailəli şəxsin tükürpədici sevgisi hər kəsi şoka saldı.

Bu gün “Evdəyik” verlişində məşhurlar və onları fanatlarından danışılıb. Verlişə qonaq qismində təşrif buyuranlar arasında xalq artisti Rafael dadaşovun müğənni qızı Səidə Dadaşova da olub. Mövzu ilə bağlı müğənni başına gələn tükürpədici hadisədən danışıb:

“Elə bir fanatım var ki, fanatmı deyim, o fanat deyil artıq! Addım-addım izləmək, mən özüm də bilmirəm hara gedirəm, artıq məndən qabaq bilirdi ki, hara gedəcəm. O, artıq öncədən harasa kimisə göndərirdi. Bir də görürdüm telefonum da izlənilirdi. Çox geniş imkanlara sahib insandı. Məsəl üçün mən yolu tapa bilmirdim, zəng vurub deyirdi “Flan, flan, flan yoldan gedərsiniz”. Deyirdim ki, “Ay bala, yenə sən?! Əl çək də məndən. Nə istəyirsən axı?”. Deyir, “Elçi gedəcəm, atandan səni istəyəcəm. Mən onsuzda boşanıram”. Ailəlidir öz də. Mən heç vaxt ailə dağıtmamışam. O, mənə görə içkiyə qurşandı, damarını da kəsdi. Daha nələr eləmədi?!”

/gecce.az/


Müəllif:
Загрузка...