15 Avqust 2014 10:37
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Verilişlərdən birinə qonaq olan türkiyəli müğənni Petek Dinçöz maraqlı açıqlamaları ilə yadda qalıb.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, kliplərindən söz açan müğənni ondan daha yaxşı rəqs edən qadın müğənni olmadığını deyib.

İki yeni klip çəkdirmək istəyən ifaçı daha sonra övlad sahibi olmaq niyyətindədir: “Artıq körpə sahibi olmaq istəyirəm. Nikahdan dərhal sonra həkimimiz Fevi Şenin yanına getdik. Hamilə qala bilməyim üçün müalicəyə başladıq. Əkiz uşaqlarımızın olmasını istəyirik”.

Qeyd edək ki, Dinçöz iyunda tanıdığı Serkan Kodaloğlu ilə çox keçmədən- iyulda nikah masasına oturmuşdu.


Müəllif: