15 Avqust 2014 20:52
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar cazibədar bədən quruluşuna malik olmaq üçün müxtəlif əməliyyatlara müraciət edirlər.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, silikon etdirmədən sinənizin ölçüşünün dəyişməsini istəyirsinizsə, bu qarışımdan yararlana bilərsiniz.

Lazım olan vasitələr:

3 stəkan su

1 çay qaşığı çəmənotu
1 çay qaşığı razyana 2 çay qaşığı bal
1/4 stəkan süd və ya 1 çay qaşığı limon suyu

Hazırlanması:

3 stəkan suyu bir dərin qaba boşaldın. İçinə çəmənotu və razyana toxumunu əlavə edin. 3 stəkan sudan 2 stəkanı buxarlanana qədər, yəni 1 stəkanı qalana qədər qazın üstündə saxlayın. Daha sonra içinə süd əlavə edin. Çay hazır olana qədər bir az da qazın üstündə dəmləyin. Daha sonra alınan vasitəni süzün, içinə bal əlavə edin. Əgər süd əlavə etməmisinizsə, o zaman limon suyundan yararlana bilərsiniz. Amma südlə limon suyunu eyni vaxtda istifadə etməyin. İstədiyiniz vaxt bu qarışığı içə bilərsiniz. Yaxşı nəticə əldə etmək üçün gündə 2-3 stəkan içməyiniz məsləhətdir.


Müəllif: