17 Avqust 2014 14:53
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-də yayımlanan "Azərbaycanın səsi" verilişində xoşagəlməz hal yaşanıb.



Aparıcı Günay Firudinqızının yarışmada münsif kürsüsündə əyləşən əməkdar artist Elza Seyidcahanı "Elza" deyə təqdim etməsi qarşı tərəfi özündən çıxarıb. E.Seyidcahan səhnəyə gələrək etirazını bildirib və ona “əməkdar artist” deyilməsini tələb edib:

"Sən Günay xanımsansa, mən də Elza Seyidcahan - əməkdar artistəm. Mənə bu adı dövlət verib. Məni o cür təqdim edin. “Elza” deyəndə məni qaldırıb, özünü salırsan. Siz bizə ad-soyadla müraciət etməyin. Bizdən tərbiyə alanlar səhvlərə yol verməsinlər. Kobudluq eləmirəm, Günay sənətimi dəyərləndirən biri olub. Ad xəstəsi də deyiləm. Tamaşaçılar baxır. O boyda Nərgiz Cəlilova insanları qazandığı adla çağırır".

E.Seyidcahana "Qəribədir, siz hər dəfə yarışma başlayanda belə edirsiniz. 14-15 ildir bu sahədəyəm, təcrübəm var. Bu vaxta qədər hər zaman verilişlərimdə sizə “Elza” və “Elza Seyidcahan” deyə müraciət etmişəm. Etiraz bildirməmisiniz. İndi bunu şou xatirinə edirsiniz. Sizin bu hərəkətinizi mənfi qiymətləndirirəm" deyən Günay müğənninin mikrafonunun söndürülməsini tələb edib:

"Bu, yarışmadır. Şəxsi prinsipləri müzakirə etməyək. Proqramdan sonra danışarıq".

Daha sonra əməkdar artist "Gün o gün olsun, sənə də əməkdar jurnalist adı versinlər. Mən də səni o cür təqdim edim. Bu titulu əziyyət çəkib qazanmışam, ona görə də, belə çağrılmağımı istəyirəm".

axşam.az


Müəllif: