18 Avqust 2014 11:39
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Möhtəşəm yüz il” serialında canlandırdığı Sultan Süleyman rolu ilə daha da məşhurlaşan aktyor Halit Ərgənç müsahibələrinin birində maraqlı açıqlamalar verib.

Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, xanımı, aktrisa Bərgüzar Korellə olan münasibələrindən danışan H.Ərgənç jurnalistin “Həyat yoldaşım filmlərdə heç kimlə öpüşə bilməz, sevişməməlidir kimi qadağaların varmı” sualını belə cavablandırıb:


“Bunu onu necə deyə bilərəm? Belə bir şey mümkündür? İkimiz də aktyoruq və sənətimizi çox sevirik. Əlbəttə ki, rolumuz tələb edərsə, bunu etməliyik. Mən də ssenaridə yazıldığı üçün çoxlu qadınlarla öpüşmüşəm. Xanımıma “Öpüşməyəcəksən!” necə deyə bilərəm? Onda gərək peşəmizə olan baxış bucağımızı dəyişək”.

Aktyor hər zaman xanımının arxasında dayandığını da əlavə edib:


“Kim nə deyirsə, desin, vecimə deyil. Mən həmişə Bərgüzarın yanındayam”.


Müəllif: