18 Avqust 2014 12:15
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli şoumen-aktyor Okan Bayülgən və həyat yoldaşı Şirin Ediger 6 illik ailə həyatından sonra boşanıblar.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, İstanbul adlı qızları olan cütlüyün ayrıldıqları barədə məlumatlar daha əvvəl yayılsa da, O.Bayülgən dəfələrlə bunu inkar etmişdi. Hazırda Bodrumda dincələn Şirin Ediger isə şayiələrin doğru olduğunu söyləyərək boşanacaqlarını təsdiqləyib.

Xatırladaq ki, Okan ötən həftə professor Sevil Atasoyun qızı, fotoqraf Temer Hartevioğlunun eks həyat yoldaşı Selinlə birlikdə şam edərkən görüntülənmişdi.











Müəllif: