20 Avqust 2014 11:18
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevgilərini ötən həftələrdə gün üzünə çıxaran Sinem Kobal və İbrahim Çelikkol cütlüyünə göz dəyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikili bərk dalaşıb, münasibətlərinə ara veriblər.
Buna səbəb İbrahimin işlərindən dolayı Kobalın doğum günü mərasimində iştirak etməməsi olub.

Olanlara sərt şəkildə etiraz edən Kobala İbrahim “İşlərim olmasa yanında olmazdımmı?” deyərək bağışlanmasını istəyib. Kobal isə bu üzrü qəbul etməyib, hazırda ikili bir həftədir ki, küsülüdürlər.

İddialara görə, Kobal stress atmaq üçün yaxın dostları Cansu Dərə və Burçin Terzioğlu ilə “Boğaz turu”na çıxıb.

Pərvin


Müəllif: