20 Avqust 2014 18:47
5 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur ulduzların boyu bizə təqdim olunduğu qədər də uca deyilmiş... İncəsənət, xüsusən şou-biznes aləmində fiziki göstəricilər önəmli olsa da bir çox xanımlar boylarının qısa olmasına baxmayaraq dünya ulduzuna çevrilə biliblər. Onlar arasında kimlər yoxdur ki... Madonna, Şakira, Salma Hayek...

Teleqraf.com 10 ən balacaboylu xanım məşhurun siyahısını təqdim edir:

Yeva Lonqoriya 157sm

Deyirlər Yevanı yaxından görənlər onun daha balaca olmasını, 152 sm iddia edirlər.


Salma Hayek 157 sm

45 yaşlı aktrisanın karyerasının ən yüksək zirvəsindədir. Meksikalı milyarderlə ailə quran Salma Hollivudun ən uğurlu latın amerikalı aktrisası hesab olunur.

Hillari Daff 155 sm

24 yaşlı ulduz bir neçə dəfə etiraf edib ki, balaca boyuna görə kompleks edir. Amma bu ona ən uğurlu karyerası olan akrtrisa olmağına mane olmur.

Şakira 150 sm

Milyonların sevimlisi Şakira balaca boyu ilə dünyanın ən məşhur müğənnilərindən biridir. Baxmayaraq ki, boyunun qısalığından o özü utandığını etiraf edib. O hər il bahalı klipləri ilə hamini təəcübləndirə bilir.

Kayli Minoq 155 sm
Balaca olmasına baxmayaraq Kayli uzun zaman “ən gözəl ayaqlar” reytinq cədvəlinin 1-ci yeri tutub.

Nikki Blonski 147 sm

23 yaşlı reklam ulduzu boyunun qısalığı ilə digərlərindən geri qalmır. Amma o, eyni zamanda müasir dövrün ən perspektivli aktrisalarından biri hesab olunur.


Meri və Eşli Olsen bacıları 155 sm

Bu dünyanın ən seksual qadınları reyting cədvəllərində ilk pillələri tutan bacıların uğurlu karyerası hələ 10 yaşları olarkən başlayıb. Bu balaca boylu qızlar həmdə Amerikanın ən gənc milyonşuları kimi də tarixə düşüblər.

Vanessa Paradi 157 sm

Bu balaca boylu aktrisa bir çox sənət adamlarının ilham pərisi olub. Indi isə Conny Deppin həyat yoldaşıdır.

Riz Uizerspun 156 sm

Hollivudun ən yüksək qononarlı aktrisalarından biridir. 35 yaşlı aktrisanın 2 evladı var.

Madonna 158 sm

Madonna şou- biznes ikonası kimi dünyaca məşhurdur.
Özü deyir ki, heç vaxt boyuna görə kompleksi olmayıb: “Mən bilirəm ki, valehediciyəm”...


Ülkər


Müəllif: