21 Avqust 2014 20:27
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı İradə İsaq “Zərif qəhrəman” verilişində şəxsi həyatından danışıb.

“Uşaqlıqda çox çirkin, qara, buruqsaç qız idim. Anam hamama salıb çimizdirirdi ki, ağarım. Rihanna kimi qara idim. Dayımın yoldaşı həmişə mənə lağ edirdi. Gecə-gündüz Allaha yalvarırdım ki, məni ağartsın. Bir az boyüdüm, ağ qız oldum. İndi heç məktəb yoldaşlarım da məni tanımırlar ki, o qara İradəyəm”.

Həyat yoldaşından ayrılan İradə İsaq çətin ömür yolu keçdiyini etiraf edib:

“Heç kim isti yuvasını durduğu yerdə dağıtmır. Mən yanlış qərarımın qurbanı oldum. Heç vaxt ailəm haqqında danışmamışam. Bu sözü deməyimə bəlkə də qarşı tərəf inciyəcək, əsəbləşəcək. Bir ailəni dağıdan insan hər yerdə üzüqaradır. Heç bir qadın xoş gününü qoyub, ayrılmır. Birdən efirdə boşanan qadın görəndə onu qınayırlar. Heç birimiz bilmirik, o qadın nələr yaşayıb ki, vəziyyət o həddə çatıb. Hamı xoşbəxt olmaq üçün ailə qurur. Analar qızlarına nəsihət verir: bir dəfə ailə quracaqsan. Mən də bu cür ailə qurmuşdum.Deyirdim qohumdur, hər şey yaxşı olacaq. Bəlkə də səhvlərim olub.... Mənim üçün ailə müqəddəs idi. Ayrılmağım mənə pis təsir etmişdi. Özümə gələ bilmirdim. Başımı qatmalı idim. Atama, qardaşıma yük ola bilməzdim. Həyat yoldaşımgil bu günə kimi övladıma baxmırlar. Çörək almağa pulum olmurdu. Yaxşı ki, oğlum az yeyəndir. Başını su ilə aldadırdım. O qədər qapıları üzümə bağlayıblar ki... Amma demişəm, geri yol yoxdur, irəlidən başqa yolum yoxdur. Bakı Dövlət Universitetinə getdim. Həmid müəllim mənə kömək etdi, qəzetə juranlist kimi götürdü. Oradan televiziyaya keçdim”.

axşam.az


Müəllif: