21 Avqust 2014 20:03

Amerikada start götürən və ağır sinir sistemi xəstəliyi kimi tanınan ALS-dən əziyyət çəkənlərə yardım məqsədilə keçirilən xeyriyyə kampaniyasına azərbaycanlı məşhurlar da qoşulub.

Qaydalara əsasən başına içərisi buz ilə dolu suyu tökən şəxs estafeti digərinə həvalə etməlidir. Müğənni Zamiq Hüseynov da aksiyaya qoşularaq bu məşhurların adını çəkib:

“Murad Dadaşov, Könül Nağıyeva, Röya, Tünzalə Ağayeva, Murad Arif, Rüfət Ağayev və Nurlana - estafet sizdədir”.

Başına buzlu su tökən digər məşhur isə Rəqsanə İsmayılova olub. O, “ASL xəstəliyi üçün mən də bunu seçdim” deyərək heç kimin adını çəkməyib.

Müğənni Sevda Yəhyayeva isə "Estafeti Abbas Bağırova və Zamiqə ötürürəm" deyib. Bundan əlavə, prodüser Tolik də bu kampaniyada iştirak edib.

Qeyd edək ki, estafet verilən şəxs 24 saat ərzində başından buzlu su tökməzsə, 100 dollar məbləğində cərimə olunur.

/ Axşam.az/







Müəllif:
Загрузка...