22 Avqust 2014 14:30

Gülben Ergen ilk dəfə sevgilisi ilə əl-ələ görüntülənb.

Teleqraf.com gecce.az istinadən xəbər verir ki, Bodrumda istirahət edən cütlük alış-veriş edərkən paparatsilərin obyektivinə tuş gəliblər. Münasibətlərini mediadan gizlətməyə çalışan cütlük bu dəfə vədinə xilaf çıxıb.

Belə ki, müxbirləri görən kimi sevgililər əl-ələ tutuşmağa başlayıblar. Müxbirlərlə salamlaşdıqdan sonra sevgililər evlərinə yollanıblar. Təxminən bir ayadır ki, cütlük Gülbenin 1,6 milyona aldığı villasında yaşayırlar.

Qeyd edək ki, evlənməyə hazırlaşan Gülbenin 41, sevgilisi Erhan Çelikin isə 37 yaşı var.


Müəllif:
Загрузка...