22 Avqust 2014 15:42
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Xəzər” telekanalında yayımlanan “5/5” verilişində maraqlı anlar yaşanıb.

Proqramın qonağı olan yumor ustası Fərda Xudaverdiyev “Buzlu su” aksiyasını canlı yayımda etmək təklifi irəli sürüb.

Onun bu istəyi ilə razılaşan aparıcı Zaur Kamal və digər qonaqlar - reper Qurd, müğənni Çingiz Mustafayev, idmançılar içərisi buzla dolu suyu başlarına töküblər. F.Xudaverdiyev estafeti aktyor Elməddin Cəfərov, Müşviq Şahverdiyevə; Qurd prodüser Anar Mədətov, müğənni Günay İbrahimli, idmançı Kamil Zeynallıya; Çingiz əməkdar artist Tünzalə Ağayeva, menecer Zəhra Bədəlbəyli, aparıcı Şəhriyyar Əbilova; Zaur isə əməkdar artist Ədalət Şükürov, Elza Seyidcahan və müğənni Vasif Məhərrəmliyə verib.

/Axşam.az/


Müəllif: