22 Avqust 2014 21:39

Qalmaqallı açıqlamaları, şou-biznesdə etdiyi layihələri ilə tanınan müğənni Nadir Qafarzadə xoş addım atıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, “Xəzər” telekanalının “5/5” verilişinə qonaq olan müğənni ASL xəstəliyindən əziyyət çəkən insanların hesabına 1000 AZN yardım edib. İfaçı bu aksiyaya buzlu su ilə qoşulan insanları anlamadığını vurğulayıb: “Deyirlər ki, dünyada belə bir aksiya start verilib ki, başdan su tökülməlidi. Niyə dünyada xoş aksiya olmurki? Guya o buzlu su kiməsə kömək edəcək ki? O sadəcə bir şoudur. Suyu tökmədənsə, get hamamda çim. Harada pis nəsə varsa, onu birinci biz götürürük. Unu dünya ulduzu Ledi Qaqa və başqaları da edib. Ya da kiməsə yardım etmək istəyirsənsə maddi kömək et. Bu suyu başımızdan aşağı tökməklə kiməsə yardım etmiş olmuruq”, - deyən müğənni 1000 manat pulu aparıcı Zaur Kamala təqdim edib.

Qeyd edək ki, bu aksiyada məqsəd ASL xəstəliyindən əziyyət çəkən insanlara yardım etməkdir. Belə ki, bu aksiyada iştirak edən şəxslər ya 24 saat ərzində başına buzlu su tökməli, ya da 100 dollar ödəməlidir.


Müəllif:
Загрузка...