23 Avqust 2014 10:28
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni və rejissor Özcan Dəniz yeni filmi “Sevimli və təhlükəli”də baş rolunu verdiyi sevgilisi Ayça Ayşin Turana jest edib.


Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, 42 yaşlı ifaçı 22 yaşlı sevgilisinin yaxşı istirahət etməsi üçün şans yaradıb.


Yeni filminin çəkilişlərinə görə komandası ilə birgə Asosa gedən Özcan bütün kollektivi eyni otelə yerləşdirib. Sevgilisinə jest edən müğənni onun üçün bir otel bağlatdırıb. Ayçanın rahatca hovuza girə bilməsi üçün müştərilərin qəbuluna qadağa qoyan Dəniz otelin çimərliyinin də qapalı saxlanılmasını istəyib. Özcan və Ayçanın film çəkilişləri bitənəcən bu oteldə qalacağı deyilir.












Müəllif: