23 Avqust 2014 13:34
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir necə həftə öncə aktrisa Beren Saatla Amerikada nikah masasına oturan müğənni Kənan Doğulu çətin vəziyyətə düşüb.

Sənətçi səhnədə yıxılıb.

Məşhur müğənninin başına gələn bədbəxt hadisə sevənlərini əməlli-başlı qorxudub. K.Doğulu səhnədə oxuya-oxuya orkestrin yanına gedib. Bu zaman müvazinətini itirərək yıxılıb.

Lakin o, mahnını saxlamayıb və oxumağa davam edib. Ayağa qalxandan sonra tamaşaçılara üzünü tutaraq "narahat olmayın, hər şey yaxşıdır" deyib.

Xatırladaq ki, Kənan Doğulu iyul ayının 29-da Los Ancelesdə evlənib. Cütlüyün toyunda ancaq yaxın dostları və qohumları iştirak edib.

/anspress/







Müəllif: