30 Aprel 2014 15:05
758

Prodüser Tolik ATV telekanalında yayımlanan “Gündəlik” verilişində qonaq olarkən qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com-un xəbərinə görə, Tolik Türkiyə şou-biznesinə qoşulmağa can atanların ünvanına sərt sözlər deyib. Ən çox da Brilliant xanımın adını hallandıran prodüser onun Türkiyədə tanınmadığını bildirib:

“Bir dəfə Röya ilə Türkiyədə mağazaya girdik. Soruşdular ki, bu xanım kimdir, dedim Azərbaycanın tanınmış ifaçısı. Dedilər, biz sizin müğənnilərdən Pırlantanı tanıyırıq. Gedib hansısa mağazada özünü tanıtmaq o demək deyil ki, sən kütlə içində məşhursan. 15 ildir Türkiyədədir, o qədər tanınmır. Hazırda Türkiyədə tanınan iki müğənnimiz var: Aygün Kazımova və Röya. Bir dəfə Brilliant Dadaşova “Müleyli” şousuna zəng edib dedi ki, Amerikada mükafat qazanmışam, amma getmirəm, götürməyəcəm. Sonra da dedi ki, qasırğa oldu, gedə bilmədim. Əgər belə təvazökarsansa, niyə bunu çıxıb efirdə deyirsən? Elə gizli saxla da”.

Pərvin


Müəllif: