30 Aprel 2014 16:03
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu tənqid edənlərə Namiq Qaraçuxurludan cavab

“Əl-üzlərini yusunlar, yaxşı-yaxşı düşünsünlər”

“Azərbaycanın səsi” musiqi yarışmasının münsiflər heyətində əyləşən meyxanaçı Namiq Qaraçuxurluya qarşı ittihamlar səngimək bilmir. Meyxanaçının belə bir musiqi yarışmasında münsif olmasını düzgün hesab etməyənlərə Namiq Qaraçuxurludan cavab gəlib.

Meyxanaçı Teleqraf.com-a açıqlamasında belə insanları dar düşüncəli adlandırıb:“Layihəyə dəvət alanda müəyyən iradların olacağını bilirdim. Bəzi dar düşüncəli insanlar belə müsabiqələrin münsiflər heyətində xanəndələrin, professorların, yaşlı insanların olması fikrindədirlər. Müsabiqə yalnız sənət xidmət etmir, burada gənc ruh olmalıdır, performans göstərmək, şou yaratmaq lazımdır. Fikrimcə, bu jüri üzvləri ilə biz tamaşaçılara şou təqdim edə biləcəyik. Bizi tənqid edənlərə məsləhətim odur ki, əl-üzlərini yusunlar, yaxşı-yaxşı düşünsünlər”.

Pərvin


Müəllif: