1 May 2014 09:33
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Start TV də yayımlanan “Möhtəşəm yüz il” serialı finala doğru yaxınlaşarkən serialın ən önəmli qəhrəmanlarından Hürrəm Sultan dünənki seriyada öldü.

Teleqraf.com-un xəbərinə görə, tarixi mənbələrdə müxtəlif cür əks olunan Hürrəm Sultanın ölümü serialda tamam başqa formada nümayiş olundu.Ekran əsərində Hürrəm Sultan Süleymanla səfərdən qayıdandan sonra yaxalandığı xəstəlikdən dünyasını dəyişir. Bu ölüm serialdakı digər ölümlərdən nə ilə fərqləndi?

“Möhtəşəm yüz il” in daha öncəki seriyalarında Parqalı İbrahim və Şahzadə Mustafanın ölümləri sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilmişdi. İbrahimin dəfn edildiyi yer və Mustafanın türbəsi ziyarətçi axınına məruz qalmışdı. Hətta Şahzadə Mustafanın ölümü Türkiyə mediasında 3-4-cü səviyyəli xəbərlər kimi oxunulmuşdu. Amma Hürrəm Sultan bu sıralamada onuncu sırada qərarlaşdı. Eləcə də sosial mediada Hürrəmin ölümü digərlərinə nisbətdə daha az yazıldı, müzakirə olundu.

Buna səbəb kimi Məryəm Üzərlinin serialdan ayrılmasından sonra Hürrəm Sultanı yaradan Vahidə Perçinin bəzi tamaçılar tərəfindən sevilməməsi göstərilir.

Pərvin


Müəllif: