1 May 2014 13:23
1 691

“Azərbaycanın səsi” musiqi yarışmasının jüri üzvü müğənni Natavan Həbibi daha öncə iştirak etdiyi “Sehirli pərdə”ylə bağlı sirləri açıb.

Teleqraf.com-a açıqlamasında müğənni yeni yarışmanın daha parlaq, daha uğurlu olacağına inandığını bildirib:

““Sehirli pərdə”nin uğur qazanmamasının bir çox səbəbləri var. O layihədə iştirak edənlərə çox vədlər verilmişdi. Hələ ki, mən onların nəticəsini görmürəm. Özümdən başqa. O layihədəki tələbələrim indi də yanımdadırlar, onlarla maraqlı layihələr edəcəyik. Mən onları “Böyük səhnə” üçün hazırlaşdırıram”.

Pərvin


Müəllif: