4 May 2014 21:08
1 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesə ağır itki üz verib.

Teleqraf.com xəbər verir ki, sənətçinin 14 yaşlı qardaşı oğlu Yusif Tatlı suvarma kanalında boğularaq dünyasını dəyişib. Hadisə günorta saatlarında baş verib. Məlumata görə, Yusif Tatlı başqa bir uşaqla sərinlənmək üçün suvarma kanalına girib. Axın sürətli olduğundan Y.Tatlı kanaldan çıxa bilməyib. Adı hələ də dəqiqləşməyən digər uşaq isə çırpınaraq kanaldan çıxıb və sağ qala bilib.

Dərhal polislər hadisə yerinə gəlib. Xilasetmə qrupları 20 dəqiqəlik axtarış nəticəsində Y.Tatlının cəsədini kanaldan çıxarıb.

Kəmalə


Müəllif: