7 May 2014 10:59
1 479

Məşhur futbolçu Arda Turanın ətrafında gəzən söz-söhbətlər səngimək bilmir.

Teleqraf.com-un məlumatına görə, şou-biznes nümayəndələri və tanınmış simalar ilə yaxın olan psixoloq Zeynəb Selvili İnstaqram səhifəsində naraqlı fotolar paylaşıb. Xanım Arda Turanla birlikdə çəkdirdiyi şəkli sosial şəbəkəyə yükləməklə medianı bir-birinə qatıb. Gənc qız 435 adam tərəfindən bəyənilmiş fotonun altında "Fəxrimizsən. Başqa sözə ehtiyac yoxdur. Bayram başlasın. Bizi gözlə, Lissabon"-şərhini bildirib.

İzləyicilər və medianın şəkli "təzə sevgi" deyə şərh etməyi Z.Selvilini son dərəcə əsəbləşdirib. Gözəl psixoloq bu şərhlərə sosial şəbəkədə cavab verib:

"Ümid edirəm, sizə də belə böhtan atmazlar, barənizdə belə çirkin dedi-qodular danışmazlar. Qardaş hesab etdiyim bir insanla bağlı həqiqətdən uzaq xəbər yazanları vicdanları ilə baş-başa buraxıram. Arda mənə qardaş kimidir, sevgilim deyil".

Cütlüyün yeni fotolarını sizə təqdim edirik:


Müəllif: