7 May 2014 11:44
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerli şou-biznesin iki məşhur siması Zülfiyyə Xanbabayeva ilə Brilliant Dadaşovanın arasında sərin yellər əsir.

Teleqraf.com-un xəbərinə görə, uzun illərdir dostluq edən xalq artistləri “ATV Maqazin” verilişinin kameralarına tuş gələn zaman küsülü olduqlarını gizlətməyiblər. Onlar qatıldıqları tədbirdə bir-biri ilə salamlaşmayıblar.

Zülfiyyə Xanbabayeva məsələ ilə bağlı açıqlama vermək istəməyib.

B.Dadaşova isə bildirib ki, tədbirdə Z.Xanbabayevanın yanından keçsə də, onu görməyib:

“Maraqlıdır ki, eyni tədbirə hər ikimiz də qatılmışdıq. Mən orada olanda Zülfiyyənin yanından keçmişəm. O, məni görüb. Bunu daha sonra köməkçisi mənə deyib”.

Müğənni söhbət əsnasında bildirib ki, yaxın zamanlarda xalq artisti Flora Kərimova ilə birgə duet oxuyacaq.

Aytən Həsənova


Müəllif: Teleqraf.com