7 May 2014 14:21
5 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kristal” qrupunun eks-üzvü müğənni Lalə Qafarova ana olub.

Teleqraf.com xəbər verir ki, türkiyəli bəstəkar-müğənni Nurkan Mustafaoğlu ilə ailə quran L.Qafarovanın qız övladı dünyaya gəlib.

Nurkan Mustafa özünün Facebook profilində bu haqda yazıb:

“Allahın köməkliyi ilə qızımız sağlam, qəzasız-bəlasız doğuldu. Ata olmaq möhtəşəm bir duyğudur. Həyatımın mənası, xanımım Laləyə məni belə xoşbəxt etdiyi üçün minnətdaram. Allah övladı olmayanlara bu sevinci yaşatsın”.

Xatırladaq ki, Lalə Qafarova və Nurkan Mustafaoğlu 2011-ci ildə ailə həyatı qurublar.

Aytən Həsənova


Müəllif: