8 May 2014 16:13
734

Gənc müğənni Ummanı ağladıblar.

Teleqraf.com xəbər verir ki, ifaçı növbəti klipinin çəkilişləri zamanı ağlamalı olub. Onu buna klipin rejissoru Rəhman Əliyev məcbur edib.

Klip “Zərrə-zərrə” adlı lirik mahnıya çəkilib. Sözləri Sahibə Rəşidə, musiqisi Valeh Əhmədə aid olan mahnıya klip Bakıda çəkilib.

Xəyantədən bəhs edən klipdə Ummanın tərəf müqabili olmayıb. Çəkilş zamanı müğənni üç geyim dəyişib.

Montaj prosesinə bu gün start verilən klip qısa vaxta təqdim ediləcək.

Aytən Həsənova


Müəllif: