8 May 2014 18:55
2 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum repçi Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova müğənni olmaq arzusundan daşınıb.

O, Teleqraf.com-a açıqlamasında artıq səhnəyə çıxmaq istəmədiyini deyib. Buna səbəb kimi keçmiş həyat yoldaşı Hüseyn Dəryanın ölümünü göstərib.

“Onsuz da daşım ağırdır. Məni topa tutarlar ki, əri ölüb, müğənni olur”-deyə, o, bildirib.

Xatırladaq ki, Hüseyn Dərya ikinci dəfə ailə qurduğu Sona Muradovadan 2011-ci ildə boşanıb. Onların Cahangir adında oğulları var.

Aytən Həsənova


Müəllif: