8 May 2014 22:49
2 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın dünyaca məşhur disko qrupu “Boney M” Bakıda konsert proqramı ilə çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, qrupun çıxışı ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılıq idmanının konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir çərçivəsində reallaşacaq.

Turnir mayın 8-dən 10-dək davam edəcək. “Boney M” qrupu səhnəyə mayın 9-da, saat 20:00-da çıxacaq. Konsertə giriş pulsuz olacaq.

Aytən Həsənova


Müəllif: