9 May 2014 13:35
3 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə Gəncədə konsert proqramı ilə çıxış edən məşhur Türk ifaçısı Hadisənin hərəkətləri hələ də gündəmdədir.

Hər zaman cazibədar görünüşü ilə cəlb etməyi bacaran müğənni qısa ətəyi və hərəkətləri ilə yadda qalıb. Sənət yoldaşı Mustafa Ceceli ilə birlikdə Azərbaycana üz tutan müğənni Mustafadan sonra səhnəyə çıxıb. İfası və rəqsləri ilə səhnənin önünə toplanan yüzlərlə insanı təccübləndirməyi bacarıb.

Belə ki, qısa ətəyi ilə heç nəyə əhəmiyyət vermədən rahat hərəkətlər edən müğənni bu addımı ilə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İfaçı rəqsdən sonra yerə əyləşərək ayaqlarını nümayiş etdirməyə başlayıb.

Qeyd edək ki, Türkiyə mətbuatında ifaçının Gəncədəki bir saat üçün 300 min lirə tələb etdiyi yazılmışdı./anspress/


Müəllif: