13 May 2014 12:11
2 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənət aləmində növbəti qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, aktrisa Kübra Əliyeva ilə müğənni Cavanşir Məmmədov“Öz aramızda” verilişində savaşıblar. Onlar bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Axşam.az-ın məlumatına görə, K.Əliyevanın müğənniyə dediyi “yaxşı adamsan, amma səndə sürüşmə var” sözləri qarşı tərəfi əsəbləşdirib. C.Məmmədov aktrisaya cavab olaraq “sürüşmə sizdə ola bilər, məndə yox. Kişilərdə sürüşmə olmur, onlar gəzir. Vay o günə ki, qadında sürüşmə olsun. Biz Kubra xanımla həmkarıq, dostuq. Efirdə belə səhv buraxmaq olmazdı”, - deyib.

Aktrisa da həmsöhbətini cavabsız qoymayıb:

“Sənin arvadına minnətdaram. Elə qadınlar var ki, kişini yerə vurur, sənin xanımın isə hörmət edir. Mən səhv danışmıram. Ailən bacımdır. Müğənni adamsan. Gedirsən, üç gün evə gəlmirsən. Bu nə deməkdir? Yoldaşın bunlara dözürsə, kişi qızıdır”.

K.Əliyeva Teleqraf.com-a açıqlaçasında məsələ ilə bağlı danışıb. Deyib ki, arada yaranan anlaşılmazlıq daha sonra yoluna qoyulub:

“Cavanşir mənim sözlərimdən bir az incidi. Amma daha sonra elə verilişdə də barışdıq”.

Aytən Həsənova


Müəllif: