13 May 2014 23:44
2 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Tacir Şahmalıoğlu uzun illər birgə duet oxuduğu Fədayə Laçınla münasibətlərindən danışıb.

Teleqraf.com-un məlumatına görə, “Düz üzünə” verilişində xanım həmkarı ilə yollarının ayrılmasına toxunan T.Şahmalıoğlu F.Laçınla qadın-kişi münasibətlərinin olduğunu etiraf edib:

“Fədayə Laçın 6 il mənim tələbəm olub. Oxu tərzindən də hiss olunur ki, mənim tələbəmdir. “Gəlmişəm-görmüşəm” mahnısınında qadın xorunu oxumaq lazım idi. Fədayə də məni dedi ki, məni istəyən oğlan problem yaradır. O zaman ayrı oxuyurduq. Mən də dedim ki, istəmərəm ki, ailə tərəfindən mənə görə problem yaransın. Sevmək qəbahətli iş deyil ki. 6 il bir yerdə olmuşuq, aramızda qadın-kişi münasibəti olub. Bunu niyə danmalıyıq? Bir-birimizə öyrəşmişdik. Amma bu, sevgi deyildi. Bəlkə də Fədayə sevib məni. Onu bilə-bilmərəm”.

O, 6 il bir yerdə olsalar da, rəsmi nikaha daxil olmamaqlarını belə izah edib: “Mənim öz həyat yoldaşımla kəbinim var, niyə Fədayə ilə kəbin kəsdirməliyəm ki? Aramızda münasibət olmağını danmıram”.

T.Şahmalıoğlunun fikrincə, duet ortaqları ayrılandan sonra uduzan Fədayə Laçın olub: “Fədayəyə dedilər ki, sən də Tacir kimi oxuyansan, niyə onun yanında gedirsən? Qızışdırdılar o da getdi tək oxudu, amma alınmadı. Gecə-gündüz yatmırdım, işləyirdim, Fədayə yatırdı mən yatmırdım”.

Müğənni həyat yoldaşından da danışıb: “Həyat yoldaşımla evlənən demişdim ki, mən müğənniyəm, cürbəcür söhbətlər olacaq, qadınlarla cürbəcür söhbətlər çıxacaq. O da bilirdi. Həyat yoldaşım uşaq kimi nazımı çəkir. Çalışıram ki, ailəm heç nədən korluq çəkməsin”.

Kəmalə


Müəllif: