1 Fevral 2015 13:09
586

Bir müddətdir Almaniyada xərçəng xəstəliyindən müalicə olan tanınmış aparıcı Hacı Nuran Hüseynov fəxri ad verilib.

Teleqraf.com xəbər verir ki, Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin (MDHİU) rektoru Vaqif Bayramov Hacı Nuranı fəlsəfə magistri fəxri adına layiq görüb.

Teleaparıcı Hacı Nuran belə bir ada layiq görülməsini sevinclə qarşıladığını bildirib:

"Ad günümdə gözəl bir sürpriz. Bu gün, yanvarın 31-də mənə dünyanın qabaqcıl universitetlərindən biri olan Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin (MDHİU) rektoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Humanitar Elmlər Akademiyasının üzvü, professor, akademik Vaqif Bayramov tərəfindən fəlsəfə magistri fəxri adı təqdim edildi.

Təşəkkür etməyə acizəm. Minnətdaram Vaqif müəllim. Təqdimatı məhz bu gün ad günümdə etdiyiniz ücün Sizə ürəkdən "Çox sağ olun" deyirəm!".

Rüstəm


Müəllif: