5 Fevral 2015 16:37
434

Hollivudun məşhur ulduzlarından olan Conni Depp və Ember Herd fevralın 3-də gizli şəkildə evlənib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb. Nikah mərasimi Conni Deppin Los-Ancelsdəki villasında baş tutub. Ancaq təntənəli toy mərasimi aktyorun Bahamda özünə məxsus adada keçiriləcək. Məclisdə aktyorun 50-yə yaxın dostları və qohumları iştirak edəcək.

Qeyd edək ki, 51 yaşlı Conni Depp 28 yaşlı Ember Herd 2011-ci ildə kino çəkilişi zamanı tanış olub.

Rüstəm


Müəllif: