7 Fevral 2015 11:35
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Mahsun Kırmızıgül həmkarı Özcan Dənizin yeni filminin - "Sevimli təhlükəli"nin təqdimatına qatılmayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özcan filminin qala gecəsinə gəlməyən Mahsun Kırmızıgülə söz atıb:

"Gələn bütün sənətçi dostlarım heç bir kompleksə girmədən kameraların qabağında aktyor yoldaşlarına təriflər yağdırırlar. Bu geniş ürəkli dostlarım hələ də kompleksi ilə mübarizə aparan digər dostlarıma örnək olsun. Səmimiyyət "in", paxıllıq "out".

Qeyd edək ki, “Sevimli təhlükəli” filminin fevralın 23-də Bakıda, Nizami Kino Mərkəzində də qala gecəsi keçiriləcək.

Rüstəm


Müəllif: