8 Fevral 2015 22:02
1 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının silahlı qüvvələr üzrə komitə sədri Con Makkeyn Ukraynada Rusiyanın işğal təhdidindən qorunmaq üçün ehtiyac duyulan silahları dərhal bu ölkəyə verməyə çağırıb.

Teleqraf.com-un məlumatına görə, bu haqda o təhlükəsizlik üzrəMünhen konfransında çıxışı zamanı bildirib.

Makkeyn vurğulayıb ki, ukraynalılar dünya ictimaiyyətindən bu müharibədə vuruşmağı xahiş etmirlər, onlar yalnız onlara özünü qorumağa kömək etməyə çağırırlar:

"Ukrayna xalqına onların ölkəsinin bir hissəsini tutmuş Rusiya qüvvələrinə zərbə vurmağa kömək edəcəyimiz təqdirdə prezident Putin nə qədər müharibə apara bilər? Hazırda o, bu müharibənin mövcudluğunu inkar edir. Bu səbəbdən biz ukraynalılara müdafiə üçün silahı verməliyik. Putin diplomatik həlli istəmir, o bəzi başqa qonşular kimi, Ukraynaya nəzarət etmək istəyir ".

Nail Cəlil


Müəllif: