9 Fevral 2015 09:45

Xalq artisti Aygün Kazımovanın qızı müğənni İlqarənin "Yenə yenə" adlı mahnısına çəkdirdiyi klipinin ilk görüntüləri yayılıb.

Teleqraf.com xəbər verir ki, prodüseri Aygün Kazımova olan klipin rejissoru Anar Hüseynovdur. Sənətçi “Yenə yenə” mahnısını ilk dəfə anası, xalq artisti Aygün Kazımovanın doğum günündə ifa etsə də, bəstənin tam versiyası dinləyicilərə kliplə birlikdə təqdim olunacaq.

İfaçı ekran işinin xarici formatda çəkildiyini söyləyib. O, “Mənim klipim yerli şou-biznesdə çəkilən kliplərdən fərqli olacaq. O, Avropa formatındadır", - deyə bildirib.

Rüstəm


Müəllif: