11 Fevral 2015 17:45

Müğənni Röya Azərbaycan Respublikası Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovla görüşüb.

Teleqraf.com xəbər verir ki, müğəni bu haqda sosial şəbəkədə məlumat verib:

“Bildiyiniz kimi “Avropa oyunları- 2015”də avarçəkmə üzrə ulduz səfirəm. Bu səbəblə yarışın keçiriləcəyi Mingəçevir şəhərinə yollandım. Azərbaycan Respublikası Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovla həmçinin avarçəkən idmançılarımızla görüşdüm, idmanın keçiriləcəyi məkanlarda oldum.Federasiyanın peşəkar fəaliyyətini vurğulamasam olmaz.Orada hər kəs öz işini bilir və mən onlara çox inanıram.İstəyirəm bilsinlər ki,mən sona qədər onların yanındayam və dəstəyəm! Uğurlar hər kəsə”.

Qeyd edək ki, “Bakı-2015” İlk Avropa Oyunları iyunun 12-dən 28-nə kimi keçiriləcək.

Rüstəm


Müəllif: