15 May 2014 13:25
731

Qalmaqallı prodüser Tolik (Tarix Əliyev) Natəvan Həbibi haqqında xoşagəlməz ifadələr işlədib.

Teleqraf.com xəbər verir ki, o, özünün Facebook profilində N.Həbibini təhqir edib. Müğənnini kobud sözlərlə aşağılayan Tolik Natəvandan qorxmadğını deyib. o, bildirib ki, Natəvan Həbibi Xalq artisti Aygün Kazımova, Zorik (Zöhrab Ağayev) və ondan məhkəməyə şikayət edib.

N.Həbibinin prodüseri Rolan Bayramov məsələyə münasibət bildirərkən olayı hüquqi yolla çözəcəklərini deyib:

“Dövlətimiz var, onun qanunları, məhkəməsi var. Hər şey qanuni şəkildə həll olunacaq. Belə insanlara nə münasibət bildirməliyik ki?! Natavan Tolikin səviyyəsinə düşüb onunla ağız-ağıza verəsi, dalaşan deyil”.

Aytən Həsənova


Müəllif: