13 Fevral 2015 15:25
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elnarə türk xalqlarına səslənib

Bakıda “TRT Avaz” telekanalının hazırladığı “Avaz” layihəsi çərçivəsində “Avaz” adlı tanıtım videosunun çəkilişləri olub.

Teleqraf.com xəbər verir ki, türk dünyasının birliyini əks etdirən mahnıda hər bir türk xalqını təmsil edən müğənni yer alıb. Azərbaycanın siması seçilən müğənni Elnarə Xəlilova üçün yaradıcı heyət artıq Bakıda çəkilişlərə yekun vurub.

Qeyd edək ki, çəkilişlər Qız Qalası, Şirvanşahlar Sarayı, Karvansaray, Qobustan, Atəşgah məbədi, Alov Qüllələri, Şəhidlər Xiyabanı, Dağüstü Park və başqa məkanlarda aparılıb.

Ali Çiçek və Ahmet Sabuncunun lentə aldığı “Avaz” tanıtım videosu Novruz bayramı ərəfəsindən başlayaraq bütün türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.

Elnarənin stilisti modelyer Şəlalə Maqsudova, vizajisti Esmira İsmayılova olub.

Teleqraf.com çəkilişlərdən olan fotoların bir hissəsini təqdim edir:

Pərvin


Müəllif: