14 Fevral 2015 10:42
613

Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən II Noida beynəlxalq film festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, mükafat bu gün fevralın 14-də Hindistanın Dehli şəhərində təqdim olunacaq.

“Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 27 beynəlxalq kinofestival və forumlarda iştirak edib, dünyanın 5 qitəsini gəzərək bir neçə mükafat və diplomlar alıb.

Ekran əsərinin süjeti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verən dəyişiklər üzərində qurulub.

Rüstəm


Müəllif: