14 Fevral 2015 11:08

Türkiyənin tanınmış müğənnilərindən olan Kutsi ikinci dəfə ata olub.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, məşhur müğənni və həyat yoldaşı aktrisa Sinem Bayraktutarın ikinci qızı dünyaya gəlib.

Cütlük yeni doğulan körpəsinə Lila adı qoyub.

Qeyd edək ki, Kutsinin bir vaxtlar "Huzur Sokağı" serialındakı rol yoldaşı Feyza Çıpayla münasibətinə görə həyat yoldaşından boşanacağı deyilirdi.

Rüstəm


Müəllif: