16 Fevral 2015 11:25
3 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə gözəli Əminə Gülşə yeni fotosessiya etdirib.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, İsveçdə anadan olan Əminə Türkiyəyə gəldikdən sonra gözəllik yarışmasına qatılıb. Müsabiqənin qalibi olan gözəl "Asla Vazgeçəməm" serialında baş rolda çəkilib.

Aktrisa fotosessiya ilə bərabər verdiyi müsahibəsində şəxsi həyatından və yaradıcılığından da danışıb.

“Türkiyəyə tətilə gəlmişdim. Küçələri gəzib şəkillər çəkirdim. Bir gün anamla evdə oturarkən televiziyada “Miss Turkey” elanını gördüm. Qatılmaq qərarına gəldim. Həyatım birdən birə dəyişdi”.

Əminə Türkiyənin seksual qadını seçilməsinə də münasibətini bildirib:

“Seksual olmaq nisbi bir şeydir. Sənə görə seksual ola bilər, amma başqasına görə isə yox. Mənə görə bir baxış, ya da bir hərəkət də insanı seksual edə bilər. Zahirən gözəl olmaq şərt deyil”.

Teleqraf.com cazibədar aktrisanın fotosessiyasını təqdim edir :

Rüstəm


Müəllif: