Türkiyədə yayımlanan “Kanal D”nin məşhur “Ben bilmem, eşim bilir” verilişi üçün Bakıda seçimlər keçiriləcək.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə verilişin aparıcısı İlker Ayrık məlumat verib:
“Martın 4-də “Yapışık ikizler” filmimim təqdimatı üçün Bakının qonağı olacağıq. Aktyor heyəti ilə birlikdə hər kəsi filmə baxmağa dəvət edirik. Eyni zamanda “Ben bilmem, eşim bilir” verilişi üçün seçimlər keçiriləcək. Bütün cütlükləri seçimlərə qatılmağa dəvət edirəm ”.
Rüstəm