16 Fevral 2015 15:49

Tanınmış türkiyəli sənətçi Əmrə Altuğ 7 il evli olduğu xanımı Çağla Şikeldən ötən ay boşandıqdan sonra “Sevgililər Günü”ndə Kiprdə konsert verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı səhnədə duyğusal anlar yaşayıb. Kədərli halıyla diqqət çəkən müğənni “Eşq mahnılarımı bu günə kimi bir nəfər üçün yazdım. İndi o, burada yoxdur, amma ona həsr etdiyim bəstəni səsləndirmək istəyirəm” deyib.

“Gidecek yerimmi var” mahnısını ifa edən Əmrənin “Bunu ellər anlamaz, sənə ehtiyacım var” sözlərini söyləyəndə səsi titrəyib.

Konsertdə ifaçının anası Gülçin Altuğ izləyib.

Rüstəm


Müəllif: