18 Fevral 2015 12:22
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son filmi "Möcüzə" ilə də uğur qazanan Mahsun Kırmızıgül hədəfinin böyük olduğunu deyib.

Teleqraf.com “Hüriyyet”ə istinadən xəbər verir ki, Kırmızıgül bundan sonra özünü beynəlxalq platformalarda göstərmək istədiyini söyləyib.

“ Müğənnilərdən soruşsan, ən çətin onların işidir deyərlər... Amma belə deyil ... Studiyaya girib mahnı oxuyur, konsertlər verib böyük pullar qazanırlar. Kino isə elə deyil. Tək bir film illərinizi ala bilər. Ssenari və hekayə ilk addım ... Sonra məkanları tap, oyunçuları seç. Çəkilişləri tamamla...Bununla da bitmir. Montajı, dublyajı, səs yazısı, hamısı ayrı bir işdir”.

Mahsun yenidən ifaçılığa başlaması ilə əlaqədar suala belə cavab verib:

“Bundan sonra səhnəyə ancaq xalqa konsert vermək üçün çıxaram. Hədəfim 60 yaşına qədər 10 kino çəkib, özündəm sonrakı nəsillərə yadigar buraxmaqdır”.

Sənətçi pul dalınca qaçmadığını da bildirib:

“Şöhrətli biri kimi yaşamıram. Hər gün metroyla işə gedib gəlirəm. İnsanların baxışları məni əsla narahat etmir. Səhnələrdə davam etsəydim bu günə qədər təxminən 100 milyon dollar qazana bilərdim. İndi ayda 10 min TL (təxminən 3500 manat) ilə keçinirəm”.

Rüstəm


Müəllif: