18 Fevral 2015 13:34
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə Türkiyədə yeni layihə həyata keçirəcək.

Bu barədə Teleqraf.com-a açıqlama verən ifaçı bildirib ki, o, artıq bununla əlaqədar olaraq İstanbula yola düşüb:

“Artıq Türkiyədəyəm. Səfərimin əsas məqsədi yaradıcılıq işlərimlə bağlıdır. Bir çoxları bilir ki, bir çox mahnılarımı Türkiyədə lentə aldırıram. Burada olan texnika mənim ürəyimcədir. Yeni bir layihə üzərində çalışıram. Bu proyektin nədən ibarət olduğunu demək istəmirəm. Çünki ideyamı mənimsəyənlər ola bilər. Şou aləminin lazımsız söhbətlərini, qalmaqallarından kənar gəzməyi daha üstün tuturam. Amma buna baxmayaraq adımı “qalmaqallı müğənni” qoyublar. Mən qalmaqallı müğənni yox, düz sözü deyən ifaçılardanam. Mənə qarşı çaşanların qapazını sözümlə vururam. Belə bir deyim var: “Bıçaq yarası keçər, amma söz yarası əsla”. Mən bu fikirlə razıyam”.

Rüstəm


Müəllif: