18 Fevral 2015 14:06

Rejissor Zöhrab Ağayev (Zorik) müğənni Natəvan Həbibidən üzr istəyib.

Teleqraf.com-a açıqlama verən klipmeyker məhkəmənin qərarından sonra bunları deyib:

“Məhkəmə araşdırmasından sonra mənə məlum oldu ki, Həbibiova Natəvan Şamil qızı soykökü baxımından Azərbaycan miliyətinə mənsub şəxsdir. Onun milliytcə erməni olması barədə tərəfimdən yayılmış səhv məlumata və ona qarşı işlətdiyim təhqiramiz ifadələrə görə Həbibova Natəvan xanımdan üzr istəyirəm”.

Qeyd edək ki, Zorik efirdə Natəvan Həbibiyə erməni demişdi.

Rüstəm


Müəllif: