18 Fevral 2015 16:23
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın məşhur brendi “Victoria`s Secret”in mələklərindən olan Kendis Sveynpol yenidən kamera qarşısına keçib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, cazibədar model bu dəfə “Self” dərgisinin yeni sayı üçün poza verib. Cənubi Afrikalı gözəl jurnalın oxucuları ilə şəxsi sirrlərini də bölüşüb.

Çoxları düşünür ki, modellərin sadəcə bəxtləri gətirib belə gözəl vücudla doğulublar.

Cazibədar model isə bu formanı qorumaq üçün çətinliklərə dözməyin lazım gəldiyini deyib.

“ Mən səhər saat 5-də oyanıram. Üzgüçülüklə çox məşgul oluram. Digərləri istirahətə gedəndə mən idman zalına gedirm. Bədənimdə ki hər bir əzələni hiss etməkdən xoşum gəlir”.

Model “Bu cür həyat tərzinə mən uşaqlıqdan vərdiş etmişəm” deyib.

“ Atam həmişə səhər saat 4-də oyanardı. Məndə paltarımı geyinib onunla gedərdim. Bu ferma mənim formalaşmağıma çox təsir edib. Afrika zəiflərin yeri deyil”.

Teleqraf.com modelin yeni fotolarını təqdim edir:

Rüstəm


Müəllif: